Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lavrov Paşinyanın Qarabağla bağlı bəyanatını tənqid etdi - VİDEO
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun iclasında Dağlıq Qarabağ münaqişəsindən söz açıb.
S.Lavrov bildirib ki, son dövrlər təmas xəttində sakitlikdir və insidentlər azalıb.
Rusiya XİN başçısı qeyd edib ki, həlak olanların meyitləri mübadilə olunub.
“Hazırda saxlanılan şəxslərin də mübadiləsi üçün hazırlıq gedir. Çox az sayda olsa da, bu prosesə start verilib”, - deyə S.Lavrov əlavə edib.
Bölgədə vəziyyətin sakit olduğunu vurğulayan S.Lavrov onu da bildirib ki, buna baxmayaraq, siyasi proses dayanıb.
“Bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Amma mən bu halda irimiqyaslı əməliyyatların başlaması üçün hər hansı bir aşkar və ya qeyri-aşkar təhdid görmürəm”.
O qeyd edib ki, Rusiya Qarabağ cəbhəsində sabitliyin pozulmaması üçün əlindən gələni edəcək.
S.Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) yaxından işlədiyini də qeyd edib.
S.Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatını da tənqid edib:
“Albaniyanın Baş naziri “Kosova Albaniyadır” elan etməsi kimi, “Qarabağ da Ermənistandır” demək siyasi prosesin yenidən başlaması üçün şəraitin yaradılmasına kömək etmir. Amma biz həmsədrlər sülh üzərində işləyirik. Biz istəyirik ki, dəfələrlə müzakirə olunan əsas prinsiplər əsasında həll yolunu tapaq”.
Aqşin Kərimov
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan Ermənistanın vilayət qubernatorlarının səlahiyyətlərini azaldır
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı ildə hazır olacaq