ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair səylərini davam etdirəcək.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
“Ümid edirik ki, münaqişənin həllinə dair nəticələr olacaq”, - S.Lavrov qeyd edib.
İlhamə Əbülfət