ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində Londonda məsləhətləşmələr aparacaqlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.
"Britaniya Xarici Əlaqələr Ofisi ilə məsləhətləşmələr aparmaq üçün Londona yola düşmüşük" - deyə, o bildirib.