Müvafiq qətnaməni Amerikanın bu ştatının Senatı qəbul edib.
ARKA portalının verdiyi xəbərə görə, sənəddə qeyd olunur ki, 10 dekabr 1991-ci ildə “Dağlıq Qarabağ Respublikasının” sakinləri müstəqilliyin lehinə səs veriblər və 6 yanvar 1992-ci ildə demokratik yolla “Dağlıq Qarabağ Respublikasının” qanunvericilik orqanını seçiblər.
“Luiziana ştatının qanunvericilik orqanı “DQR”-in vətəndaşlarına azad və müstəqil cəmiyyətə xas olan hüquq və azadlıqlarının təmin olunması üçün bu “respublikanın” azad və müstəqil millət qismində inkişafa yönəlmiş səylərini təşviq etməyi və dəstəkləməyi qərara alıb” – sənəddə deyilir.
Qeyd edək ki, Luiziana ABŞ-ın “DQR”in “müstəqilliyini” tanımışı dördüncü ştatıdır. Bundan əvvəl bu barədə Rod Aylend, Massaçusets və Men ştatları qərar qəbul ediblər.
Azərbaycan XİN 1news.az agentliyinə Luiziana ştatının Azərbaycanın Dağlıq Qarabağ regionundakı separatçı rejimin müstəqilliyini dəstəkləyən qətnaməsi ilə bağlı məsələni şərh edib.
“Ştat səviyyəsində qanunvericilərin belə hərəkətləri təxribat xarakterlidir və sülh prosesinə zərbə vurmağa yönəlib” – deyə, Azərbaycan XİN-nin rəsmisi Elman Abdullayev bildirib.
“ABŞ-ın mövqeyi aydındır, rəsmi Vaşinqton bütün dünya ictimaiyyəti kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, Dağlıq Qarabağ regionu və digər işğal olunmuş əraziləri Azərbaycan Respublikasının ayrılmaz hissəsi hesab edir” – deyə, o bildirib.
Öz növbəsində, ABŞ-ın Bakıdakı səfirliyini dəfələrlə vurğulayıb ki, ölkənin xarici siyasəti ayrı-ayrı ştatlar deyil, ABŞ-ın federal höküməti tərəfindən həyata keçirilir.
www.arka.am
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin