Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko Ukraynaya rəsmi səfərə yola düşüb.
AZE.Az xəbər verir ki, səfərdən bir qədər əvvəl Lukaşenko MDB, Gürcüstna və Baltikyanı ölkələrin Baş redaktorlar klubu ilə görüşüb və “İzvestiya v Ukraine”yə müsahibə verib
“Belarus MDB-yə sədrlik edir, siz keçmiş qaynar nöqtələrdə münaqişələrin həllinə necə yardım edəcəksiniz?” sualını cavablandıran Belarus prezidenti bildirib:
“Mən Dnestryanıdan, Gürcüstan, Abxaziya, Osetiyada baş verənlərdən uzağam, lakin bir dəfə mən bu problemə baş qoşmaq istədim. Necə oldusa, dostlarımın dəvəti ilə dağlara, onların yanına səfər etdim. Mənə oraları göstərdilər və sonra mən əsl belorus yanaşması ilə bu barədə söhbət açdım. Soruşdum ki, Dağlıq Qarabağ nədir, insanlar orada necə yaşayırlar, harada işləyirlər? Orada normal həyat yoxdur. Anladım ki, bu problemi həll etmək lazımdır. Əvvəl bir prezidentlə, sonra isə digərini söhbət etdim. Onlara anlatmağa çalışdım ki, vəziyyət uzun müddət belə davam edə bilməz. Ermənilər mənimlə razılaşdılar, İlham Əliyevlə söhbətimdə isə o dedi ki, bunun əleyhinə deyil. Amma mən özümü vasitəçi rolunda görmürəm. Bu rolu Ukraynaya təklif etdim, lakin onlar istəmədilər”
“Rusiya və Azərbaycan bu məsələni birlikdə həll etməlidirlər. Bunun üçün hər iki prezidentin siyasi iradəsi lazımdır. Dünyanın güclü dövlətlərindən ibarət Minsk qrupu isə bu işdə qarant qismində çıxış edə bilər” – deyə, Lukaşenko qeyd edib.
www.aze.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin