Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Lyova Mnatsakanyan: "Hər il Ermənistandan 7-8 min çağırışçı Azərbaycan ərazilərinə göndərilirdi"
Martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxs Lyova Mnatsakanyan bildirib ki, hər il Ermənistandan 7-8 min nəfər hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, o, ildə iki dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı 3500-4000 Ermənistan vətəndaşının işğal edilmiş ərazilərə gətirildiyini deyib.
Onun sözlərinə görə, qondarma rejimin "ordusu"nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə Qarabağda yaşayan erməni sakinlər olub.
Təqsirləndirilən şəxs daha sonra deyib: "Xidmət zamanı onların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabe olurdular və hərbi geyimləri də eyni idi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
"Ermənilərin hərbi cinayətləri" teqi üzrə xəbərlər
- Şuşanın Ermənistan tərəfindən işğalına qədər baş verən hadisələrlə bağlı sənədlər tədqiq olundu
- Ermənistanın mina terrorunun qurbanları danışıblar: "Bir gündə iki oğlumu itirdim"
- Zərərçəkmiş şəxs: "Xocalı soyqırımının təşkilatçıları illərdir Ermənistan rəhbərliyində yer alıblar"
- Arkadi Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf edib
- Melikset Paşayan işğal altında olmuş ərazilərdə qanunsuz hərbi xidmət keçdiyini etiraf edib