Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Malayziyanın baş naziri İlham Əliyevi təbrik etdi
Malayziyanın Baş naziri Ənvər İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Sizə Malayziya xalqı və hökuməti adından səmimi təbriklərimizi çatdırıram.
Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanı sülhə, sabitliyə və firavanlığa doğru aparmaqda nümunəvi rəhbərliyinizin göstəricisidir. Zati-alinizin xalqınızın tərəqqisi naminə davamlı fədakarlığı həqiqətən təqdirəlayiqdir. Əminəm ki, Siz Azərbaycanın dünya birliyinin hörmətli üzvü kimi nüfuzunu daha da yüksəldəcəksiniz.
Ölkələrimiz arasında mövcud dostluq münasibətlərini və xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığı gücləndirmək üçün Sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni iqtisadi tərəqqi və firavanlığa aparmaq üçün fəaliyyətinizdə uğurlar nəsib etməsini diləyirəm”.
"Malayziya" teqi üzrə xəbərlər
- Malayziyada dəhşətli qəza: Xeyli sayda tələbə həlak oldu
- Alimlər radiasiyaya qarşı "görünməz qalxan" hazırladılar
- Malayziya müdafiə naziri: "Trampın rüsumları qlobal ticarət müharibəsinə səbəb ola bilər"
- Malayziyada qaz kəmərində dəhşətli partlayış: 300-dən çox insan xəsarət aldı
- Malayziya sularında 11 İran tankeri: 17 milyon barel neft limanda gözləyir