Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Martinikalı siyasətçi: "Fransa assimilyasiya siyasəti aparsa da, xalqımız milli kimliyini qoruyur"
"Fransa Martinikanın iqtisadi və mədəni müstəqilliyini məhdudlaşdıraraq, milli kimliyini məhv etməyə yönəlmiş assimilyasiya siyasəti aparır".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Martinika Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMAS) rəhbəri Luici Bule deyib.
"Azad iqtisadi sistemimiz yoxdur. İxracımız əsasən şəkər və banan kimi məhsullardan ibarətdir, lakin bu sahələr tamamilə Fransa tərəfindən idarə olunur. Nəticədə martinikalılar öz resurslarının real faydasını görə bilmirlər", - deyə Bule vurğulayıb.
O, həmçinin bildirib ki, təhsil sistemi və hüquq-mühafizə orqanları da Fransa hökumətinin maraqlarına xidmət edir, yerli əhalinin yox.
Bule hesab edir ki, Fransa assimilyasiya siyasətini təbii proses kimi təqdim etməyə çalışsa da, martinikalılar öz dillərində danışmağa və ənənələrinə sadiq qalmağa davam edirlər.
"Bu, bizim azadlığa gedən yolumuzdur", - deyə o qeyd edib.
Aləmdə Nəsib
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Bakı Təşəbbüs Qrupunun hazırladığı klip Fransada ajiotaj yaradıb
- BTQ-dən müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək fləşmobu ilə bağlı paylaşım
- Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilib
- Daniel Dübua: "Fransanın imperialist rejimi müstəmləkə əraziləri azad olunana qədər davam edəcək"
- Fransa insanlığa qarşı cinayətlərə görə təzminat ödəməlidir - Beynəlxalq konfransda ÇAĞIRIŞ