Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Martinikli deputat: “Fransa qadın və uşaqlarımızı xlordekon maddəsi ilə zəhərləyib” - VİDEO
“Fransa qadın və uşaqlarımızı xlordekon maddəsi ilə zəhərləyib”.
“Report” xəbər verir ki, bunu Fransa Milli Assambleyasının üzvü Marsellen Nado noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı” mövzusunda konfransda deyib.
O, Fransanın Martinik regionunu müstəmləkəyə çevirdiyini bildirib:
“Xalqımızı xlordekon maddəsi ilə zəhərləyiblər. Bunun da qadın və uşaqlarımız üçün hansı nəticələr yaradacağını bilmirik. Bizim ölkələr Fransa üçün hansı maraq kəsb edir? Çünki ölkələrimizin problemlərinə etinasızlıqla yanaşırlar. Mən siyasi partiyanın üzvüyəm və biz gənclərdən ibarətik. Fransa konstitusiyası bizi xalq kimi tanımır və mən bir deputat kimi, əsas qanuna dəyişiklik olunmasını təklif etmişəm. Fransa bizə münasibətində dəyişiklik etməlidir”.
"Fransa" teqi üzrə xəbərlər
- Müasir Fransanın reallığı - xarici siyasətdəki səriştəsizlik
- Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı
- Makron Fransası ciddi sınaqlar qarşısındadır - "Kaspi"nin təhlili
- Avropadakı epimediya fransızları təşvişə saldı - Nazirdən ÇAĞIRIŞ
- Hakan Fidan Fransanın Suriya reaksiyasına od püskürdü: "Mən də PKK-çıları Fransada həbs edim"