Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası 30 sentyabr 2025-ci il tarixində Minskdə keçiriləcək.
MDB İcraiyyə Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu barədə Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası zamanı bildirilib.
İclasda Birliyin Hökumət Başçıları Şurasının sədri, Tacikistanın Baş naziri Koxir Rasulzoda, Azərbaycanın Baş naziri Əli Əsədov, Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstan Prezident Administrasiyasının sədri - Administrasiyanın rəhbəri Adılbek Kasımaliyev, Rusiya Hökumətinin sədri Mixail Mişustin, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xocamırat Qeldimıradov, Özbəkistanın Baş naziri Abdulla Aripov və MDB-nin baş katibi Sergey Lebedev iştirak ediblər.