Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçıları burada baş tutan Şuranın iclasında aktual olan maliyyə və iqtisadi məsələlərin birgə həlli üzrə fəaliyyət planı, eləcə də, beynəlxalq daşımalarda nəqliyyat təhlükəsizliyini təmin etmək üçün Strategiyanı imzalayıblar.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Sənədlərə 2020-ci ilədək MDB ölkələrinin Dövlətlərarası proqramına daxil olan və 2014-cü ildə bu ölkələr üçün aktual olan maliyyə və iqtisadi məsələlərin birgə həlli yolları, həmçinin innovativ əməkdaşlığı tənzimləmək məqsədilə qəbul olunan sənədlərin həyata keçirilməsi daxildir.
Bundan başqa, iclasda sərhədyanı əməkdaşlıq məsələlərinə dair Konsepsiya, həmçinin MDB dövlətlərinin 2020-ci ilə qədər həyata keçiriləcək tədbirlər Planı da müzakirə olunur.
Müddəalar meşə təsərrüfatı və meşə sənayesi sahəsində 2025-ci ilə qədər əməkdaşlığın əsas istiqamətinə, mədəniyyət sahəsində 2016-2020-ci illər üçün əsas tədbirlərə aiddir.
Sənəd həmçinin MDB ölkələrinin müdafiə nazirliklərinin 2020-ci ilə qədər olan radiasiya, kimya və bioloji vəziyyətinə də toxunur. Müddəalardan birinə, iştirakçı ölkələrin qarşılıqlı informasiya fəaliyyəti reqlamenti, üçüncü ölkələrin və vətəndaşlığı olmadan MDB ölkələrinin ərazisinə daxil olan vətəndaşların siyahıya alınması üzrə vahid uçot sisteminə dair razılaşma daxildir.
MDB ölkələrinin hökumət başçılarının iclası Qazaxıstanda cümə günü keçiriləcək. İclasda ümumilikdə 20 sənədin nəzərdən keçirilməsi gözlənilir. Qurumun növbəti iclası oktyabrın 30-da Düşənbədə keçiriləcək.