İyunun 13-də İsveç şahzadəsi Karl Flip “çılpaq model” adlanan Sofia Hellqvist ilə ailə həyatı quracaq.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşl Karl və 30 yaşlı Sofia keçən il nişanlanıblar.
“Şahzadə” titulu alacaq S.Hellqvist həm kişi jurnalları üçün çəkdirdiyi fotolarla, həm də canlı yayımda intim münasibətləri əks etdirən “Paradis Hotel” adlı proqramla da məşhurdur.
Qeyd edək ki, Sofia İspaniya Kraliçası Laetizia Ortiz, İngiltərə şahzadəsi Keyt Midlton kimi xalqın içindən gələrək saraya daxil olan gəlin kimi tarixə düşəcək.
Aytən Sadıqzadə
www.oxu.az