Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mehmet Aktaş: "118 mindən çox miqrantı dənizlərdə ölməkdən xilas etmişik"
"Hazırki miqrasiya böhranı İkinci Dünya müharibəsindən sonra ən böyük kütləvi miqrasiya probleminə gətirib çıxarıb. Türkiyə tarixən zülmə uğrayan məzlumlara qucaq açmış qədim bir ölkədir. Bu gün də ölkəmiz köç probleminə qarşı mübarizədə əsas ölkələrdən biridir".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Aktaş Azərbaycan Respublikasının Almatı Prosesinə ikiillik sədrliyinin (2023-24-cü illər) yekunu olaraq keçirilən Nazirlər Konfransında deyib.
O bildirib ki, əsas strategiyamız problemi qaynağında həll etmək, sərhədlərimizdə və ölkə daxilində tədbirlər almaqdan ibarətdir:
"Bu strategiyamızın uğuru rəqəmlərlə daha aydın olacaq. Belə ki, dünyada ilk olan mobil miqrasiya tətbiqini 81 bölgəmizdə tətbiq edərək 270 mobil miqrasiya vasitəsi ilə üç milyondan çox miqrantların şəxsiyyətini asanlıqla müəyyənləşdirib, zəruri addımlar atmışıq. Bununla yanaşı, 118 552 miqrantı da dənizlərdə ölməkdən xilas etmişik. Bu istiqamətdə bizə dəstək olan bütün dost ölkələrə təşəkkür edirik".
Mərahim Nəsib