Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
"Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram", - paylaşımda bildirilib.
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Çinin Sədri Si Cinpinin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
- Mehriban Əliyeva, Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar
- Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
- Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasında səfərdədir
- Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb