Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli musiqiçi, bəstəkar, muğam və caz musiqisinin sintezini yaratmış Vaqif Mustafazadənin doğum günü ilə bağlı paylaşım edib.
Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsindən yayımladığı mətndə görkəmli musiqiçinin yaradıcılığından bəhs edib:
“Vaqif Mustafazadə... Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi.
Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı. 80 illiyi qeyd olunan Vaqif Mustafazadənin adı və yaradıcılığı yaşayır və daim yaşayacaqdır.
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Vaqif Mustafazadənin xatirəsinə ehtiram əlaməti olaraq Heydər Əliyev Fondu tərəfindən 2012-ci ildə bəstəkarın həyat və yaradıcılığından bəhs edən musiqi albomu nəşr edilmiş, yaxın zamanlarda isə əsaslı yenidənqurma işləri aparılan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbi istifadəyə veriləcəkdir”.
Посмотреть эту публикацию в Instagram"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Həştərxanda orta məktəbə Heydər Əliyevin adının verilməsinin 15 illiyi qeyd olundu - Foto
- IDEA Qobustanda kütləvi ağacəkmə aksiyası təşkil edib - Foto
- Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb
- Vətən Müharibəsi Qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto
- Xətai rayonunda "8 Noyabr - qürur və şərəf tariximiz" adlı tədbir keçirilib - Foto/Video
Digər xəbərlər