Türkiyə bölgədə istiqrar, Ermənistanla münasibətlərlə yanaşı Azərbaycan-Ermənistan münasibətlərinin də normallaşmasını arzulayır.
Bu bəyanatla Türkiyədə hakim Ədalət və İnkişaf partiyası (AKP) millət vəkili Məsudə Nursuna Məməcan çıxış edib. AŞPA Daimi Komitəsi və Bürosunun İrəvanda keçirilən iclasında Türkiyəni təmsil edən Məməcan problemin həllində maraqlı olduqlarını deyib.
“Biz gücümüzün çatdığı ölçüdə münasibətlərin normallaşmasına dəstək vermək istəyirik və sizin də bu istiqamətdə cəhd edəcəyinizi ümid edirik. Azərbaycan və Ermənistan da problemə eyni cür yanaşmalıdır”, – deyə türkiyəli millət vəkili bildirib.
Türkiyə - Ermənistan münasibətlərinin normallaşması üçün nəzərdə tutulan protokollardan da danışan türk millət vəkili bunun baş tutmamasına təəssüfləndiyini bildirib:
“Mən münasibətlərin normallaşacağına ümid edirdim, amma bu olmadı”.
Yerli jurnalistlərin bu istiqamətdə rəsmi Ankaranın fikrinin necə olması barədə sualına isə Məməcan Ankaranın bu sənədləri imzalamaq istədiyini deyib.
İrəvana ikinci dəfə gəldiyini deyən Məsudə Nursuna Məməcan bu səfərdən razı qaldığını deyib.
www.anspress.com
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin