Xətai RPİ-dən verilən məlumata görə, qızı zorlamış Gəray Cəbrayılov onun nişanlısı olub.
11:50
Bu gün Bakının Xətai rayounun 37-ci polis bölməsinə yetkinlik yaşına çatmamış qızın zorlanması barədə məlumat daxil olub.
Bu barədə Vesti.Az-a Xətai Rayon Polis İdarəsindən xəbər veriblər.
Polisə şikayət ərizəsi ilə zorlanmış 15 yaşlı qızın atası müraciət edib. 1977-ci il təvəllüdlü Bakı sakini S.İ. ərizəsində bildirib ki, bu gecə Həsi Aslanov qəsəbəsinin 8-ci dariəvi küçəsində, 20 saylı evdə onun qızı, 1998-ci il təvəllüdlü N.İ. (adı etik səbəblərdən açıqlanmır) elə yuxuda olarkən zorlanıb.
Qız atasının bildirdiyinə görə, o, zorlayan şəxsin adını da bilir – bu, 1993-cü il təvəllüdlü Gəray Cəbrayılovdur. Hazırda hüquq-mühafizə orqanları 20 yaşlı Cəbrayılovun yetkinlik yaşına çatmayan qızın zorlanmasına aidiyyatının olub-olmadığını araşdırırlar. Şübhəli şəxs hələ həbs edilməyib.
Faktla bağlı araşdırma davam edir.
www.vesti.az