Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi səylər göstərir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə danışıqların nəticələrinə görə mətbuat konfransında bildirib.
Məmmədyarovun sözlərinə görə, hər şey Azərbaycandan və ya vasitəçilərdən asılı deyil, problemin həlli həm də nizamlanmaya doğru addımlamalı olan Ermənistandan da asılıdır.
N.О.
www.oxu.az