Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Twitter” səhifəsində Ermənistan XİN mətbuat katibi Tiqran Balayan bildirib.
“Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb. Təfərrüatlar barədə az sonra” – deyə Balayan qeyd edib.
22:21
Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın görüşü başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub və həmsədrlərin iştirakı ilə keçirilir.
S.B.
www.oxu.az