Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mərakeşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO
Azərbaycanın Mərakeşdəki səfirliyində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir səfirlik və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.
Mərakeş dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, “Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti”nin üzvləri, media, qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də diaspor təmsilçilərimizin də qatıldığı tədbirdə Azərbaycanın tanınmış rəssamı Nazim Məmmədovun Xocalı faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgisi nümayiş olunub və onun “Xocalı harayı” adlı kitabının təqdimatı təşkil edilib.
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov tarixə 20-ci əsrin ən böyük faciələrindən biri kimi damğasını vuran Xocalı soyqırımının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Xocalıda dinc əhalinin qəsdən qətlə yetirilməsinin təcrid olunmuş akt deyil, Ermənistanın əraziləri ilhaq etmək istəyinə, irqi və dini dözümsüzlüyün iyrənc ideyalarına əsaslanan sistemli və genişmiqyaslı siyasətinin və zorakılıq təcrübəsinin bir hissəsi olduğu vurğulanıb. Səfir həmçinin artıq 19 ölkənin Xocalı soyqırımını müxtəlif səviyyələrdə tanıdığını bildirib, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən məsələ ilə bağlı çoxsaylı qətnamə və bəyannamənin qəbul edildiyinə diqqət çəkib.
“Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Mohamed Fakiri Xocalı faciəsi ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun əhəmiyyətli rolundan danışıb, “Xocalıya ədalət” kampaniyasına dair məlumat verib. 2008-ci ildən etibarən cəmiyyətin təşkil etdiyi sərgilər, seminarlar, konfranslar və dəyirmi masalar vasitəsilə Xocalı faciəsinin anıldığını vurğulayıb.
“Arts Council Azerbaijan” QHT-nin rəhbəri Dadaş Məmmədov “Xocalı harayı” adlı sərgi və eyniadlı kitab haqqında tədbir iştirakçılarına məlumat verib. O, sərgi və kitabın müəllifi olan tanınmış rəssam Nazim Məmmədovun həyatının 10 ilini Xocalı faciəsinə həsr olunmuş bu əsərlərin yaradılmasına həsr etdiyini bildirib və boyalar vasitəsilə müəllifin bu faciənin ağrısını çatdırmağa çalışdığını qeyd edib. o, 2002-ci ildə Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə bu əsərlərdən ibarət sərginin Milli İncəsənət Muzeyində nümayiş etdirildiyini xatırladıb. Həmçinin cari ildə rəssamın 90 illik yubileyinin ölkədə qeyd ediləcəyi də vurğulayıb.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" konfransı keçirilib
- Rüstəm Minnixanov ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
- "The Rıtz-Carlton Resıdences, Baku" Azərbaycanın paytaxtında təntənəli açılış edib
- Bakının hansı küçələrində sıxlıq var? - 16.12.2024
- Misir Mərdanovun Heydər Əliyevlə bağlı xatirəsi: "Dedi ki, qərarımı xalqa səhv çatdırmısınız"