Rusiya Dağlıq Qarabağda münaqişənin nizamlanmasında əsas rol oynayacaq.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu fikri Almaniya kansleri Angela Merkel bildirib.
“Rusiya, əlbəttə ki, Dağlıq Qarabağda münaqişənin nizamlanmasında həlledici rol oynayacaq.
Biz burada öz əlaqələrmizdən istifadə edəcəyik ki, Dağlıq Qarabağda münaqişənin həllində Rusiya hökumətinə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Amerika və Fransa hökumətlərinə dəstək verək”, - deyə, o, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.