“Almaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün münbit şərait yaratmağa hazırdır”.
Oxu.Az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan baş naziri Nikol Paşinyanla birgə brifinqdən sonra Almaniya kansleri Angela Merkel bəyan edib.
O qeyd edib ki, danışıqlarsız münaqişənin həlli mümkünsüzdür, ona görə də onun nizamlanması üçün səylər göstərilməlidir.