Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Zaqatalada yeniyetmə su anbarında boğuldu - VİDEO
Zaqatalada bədbəxt hadisə yaşanıb.
Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, 14 yaşlı uşaq boğularaq ölüb.
Hadisə Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində baş verib. Köçkün qəsəbə sakini Rəvan İsmayılov iki tanışı ilə birlikdə çimmək məqsədilə icazəsiz olaraq gül plantasiyalarının suvarılması üçün nəzərdə tutulan kiçik su anbarına giriblər.
Yeniyetmə suya girən kimi boğulub. Digər iki nəfər onun ailəsinə xəbər verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin və Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar. Qısa müddət ərzində polis əməkdaşı tərəfindən hovuzdan çıxarılan Rəvan İsmayılov aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
"Zaqatala" teqi üzrə xəbərlər
- Nurulla Siracov arzusuna çatdı - Həyat yoldaşı sağ tapılıb
- Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır
- Küçədə arvadını döydü, qonşusunu bıçaqladı
- Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR
- Eyni evdən iki itki: Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU