Bakı Avropanı müstəqil siyasəti ilə cəlb edir, çünki belə mövqe həmişə rəğbətə səbəb olur.
Bunu Oxu.Az-ın müxbiri ilə söhbəti zamanı Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz turnesini şərh edən Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin birinci vitse-prezidenti Qriqoriy Trofimçuk deyib.
Onun sözlərinə görə, Merkelin üç Cənubi Qafqaz ölkəsinə səfəri, bir tərəfdən, ənənədir, çünki heç kimin xətrinə dəymək olmaz. Odur ki, çox zaman onların hamısına birdən səfər baş tutur.
Digər tərəfdən, ekspertin rəyinə görə, hazırda AB və ABŞ, xüsusən də Merkel və Tramp arasında elə bir münasibətlər yaranıb ki, Almaniya kansleri sanki bütün narazılıqların heyfini Amerika prezidentindən çıxmaq istəyir: bir çox suallarda, mümkün olduğu qədər, öz mövqeyini ortaya qoyaraq və müstəqil siyasət yürüdərək.
“Adəti üzrə o, öz əhəmiyyətini Bakı, Yerevan və Tbilisiyə nümayiş etdirir, hərçənd hansısa vacib qərar qəbul etmək iqtidarında deyil, məsələn, Gürcüstanı NATO-ya qəbul edə bilməz.
Paşinyanın Ermənistanı Berlinə yalnız bu yeni alət vasitəsi ilə Rusiyaya nə dərəcədə təsir göstərməyi anlamaq üçün lazımdır.
Hələ ki, Ermənisatnın baş nazirinə heç kim pul vermək niyyətində deyil. Hələlik bu gənc “erməni şərabını” sadəcə olaraq işığa tutub nəzərdən keçirirlər və dadına baxırlar, perspektivlərini dəyərləndirirlər”, - ekspert deyib.
Azərbaycana gəlincə, Trofimçukun rəyinə görə, Bakı Avropanı və yəqin ki, Merkeli də müstəqil siyasəti ilə cəlb edir, çünki belə mövqe həmişə rəğbətə səbəb olur.
“Bununla belə, Azərbaycan möhkəm xammal bazasına malikdir. Bu isə Almaniyaya, - Tramp onun bütün Rusiya borularını qıracağı təqdirdə, - olduqca vacibdir. Bakının iştirakı ilə ərsəyə gələn “Cənub dəhlizi”, təbii ki, Almaniyanın təchizatına hesablanmayıb. Amma hər ehtimala qarşı Berlin burda da təsir göstərməyə çalışır.
Beləliklə, Azərbaycan aşkar olaraq daha samballıdır.
Zamanında prezident İlham Əliyev AB ilə davranışda düzgün xətt seçib. Əlbəttə, o, riskə getmişdi, amma indi bu işləyir. Regionun gözəl mənzərələrindən zövq almaq və çimərlik istirahəti ilə maraqlanmaq kanslerin maraq dairəsində deyil”, - saytın həmsöhbəti fikirlərini tamamlayıb.