Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradılıb
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində yeni bölmə yaradılıb.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən “Report”un yerli bürosuna verilən məlumata görə, vətəndaşların müraciətlərinə baxılması, onları maraqlandıran məsələlər, üzləşdikləri problemlər barədə birbaşa ünsiyyət formatında məlumatlanmaq, həll yollarının tapılması, eyni zamanda vətəndaşların maliyyə xidmətləri mövzusunda maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi bölməsi yaradılıb.
Qeyd olunub ki, fiziki və hüquqi şəxslər kredit və sığorta təşkilatları tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarda, həmçinin Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin səlahiyyətlərinə aid məsələlər barədə bölməyə müraciət edə bilərlər.
Bundan əlavə idarənin +994 60 400 22 44 “WhatsApp” qaynar xətti vasitəsilə yuxarıda qeyd olunan məsələlərə aid məlumat və sorğu xarakterli müraciətlərlə bağlı qaynar xəttə yazmaq mümkündür.
"Azərbaycan Respublikası Mərkəzi Bankı" teqi üzrə xəbərlər
- Azərbaycan banklarının bayram günlərində iş qrafiki açıqlanıb
- AMB 2025-ci il üçün pul siyasətinin məqsədini və çərçivəsini açıqladı
- Azərbaycanda yenilənmiş pul nişanı tədavülə buraxılıb
- Azərbaycanda bank əməkdaşlarının investisiya fəaliyyəti məhdudlaşdırıldı
- Azərbaycanda gələn ildən banklar Hesab Məlumatları Xidməti göstərəcək