Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məşhur aktyor iqlim dəyişikliyinin təsirinə məruz qalan qaçqınlara dəstək göstərilməsini tələb edib
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri,məşhur ingilis aktyor Teo Ceyms Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılıb.
AZƏRTAC xəbər verir ki, aktyor BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) "İqlim fəaliyyəti üçün qaçqınlar" şəbəkəsinin təqdimat mərasimində iştirak edib. Bu təşəbbüs məcburi köçkün icmalarının qlobal iqlim müzakirələrində səslərinin daha güclü eşidilməsi üçün nəzərdə tutulub.
Teo Ceyms çıxışında iqlim dəyişikliyinin təsirinə məruz qalan qaçqınlara daha böyük dəstək göstərilməsini və qaçqınların iqlim siyasətinə daxil edilməsini tələb edib.
Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan, lakin yetərli dəstək ala bilməyən qaçqınlar, məcburi köçkünlər və onlara ev sahibliyi edən icmalar üçün dəstək tələb etmək məqsədilə COP29-a qatılıb.
"COP29" teqi üzrə xəbərlər
- Paşinyanın qarma-qarışıq halı: Rusiya ilə Qərb arasında vurnuxan İrəvan
- Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb
- SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası "Yaşıl ətraf mühit günləri" keçirib
- COP16-da Bakı İqlim və Sülh Mərkəzinin təqdimatı keçirildi
- Azərbaycan Prezidentinin siyasi addımı amerikalı jurnalisti heyran etdi - Bizdən nə danışırlar?