Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məşhur brendin "Qarabağ atları" çini heykəlləri erməniləri təşvişə saldı - Bizdən nə danışırlar?
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, ölkəmizin beynəlxalq arenada güclənən mövqeləri, apardığı müstəqil siyasi xətt, dövlət başçısının çıxışlarında səsləndirdiyi fikirlər aparıcı media resurslarında əsas xəbər başlıqları ilə oxucuların diqqətinə çatdırılıb.
Ermənistanın "The Armenian Weekly" nəşri "Lladro" Azərbaycanın təbliğ olunması məqsədilə "Qarabağ atı" çini heykəlcikləri istehsal edir" sərlövhəli xəbər yayımlayıb.
Qeyd olunub ki, İspaniyanın Valensiya şəhərində istehsal etdiyi çini heykəllərlə dünyaca məşhur olan "Lladro" şirkəti bu dəfə "Qarabağ atı"nı satışa çıxarıb.
Bu isə erməniləri isterikaya salıb. Erməni mətbuatında Qarabağın guya Ermənistanın tarixi hissəsi olduğu, Azərbaycanın mədəni irsinin qeyd olunmasının isə reallığa uyğun olmadığı bildirilir. Onlar şirkətin bəyanatını tənqid etməklə yanaşı, həm də "Lladro" məhsullarını boykot etməyə çağırıblar.
Almaniyanın "Deutsche Welle" nəşri xəbər verir ki, Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin uçuş qeydlərinin araşdırılmasını başa çatdırıb.
Bu barədə Braziliyanın "G1" portalına qurumdakı mənbələr məlumat verib. "İki qeyd cihazından məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb", - deyə mənbə bildirib.
İranın "Alhadeth" nəşri Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan ilə İran arasında münasibətlərə, İranın yeni rəhbərliyinin bundan sonrakı siyasətinə toxunması barədə xəbər yayımlayıb. Nəşr bildirib ki, dövlət başçısı bununla bağlı qeyd edib:
"Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi. O məsələlər, hansı ki, prinsipcə bizdə siyasi gündəlikdən ayrıdır və biz heç vaxt bunları qarışdırmamışıq".
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Firudin Qurbansoy 2025-ci ildə insanları nələrin gözləməsindən DANIŞDI
- Uşaq qidalarının tərkibinə palma yağı VURULUR? - AÇIQLAMA
- Mənfi 20 dərəcədə qazsız qalan kənd sakinlərinin ŞİKAYƏTİ
- Xalisa faciəsinin şahidi yaşadıqları dəhşət barədə danışdı
- Ermənilərin növbəti oyunu: Rəsmi İrəvanın məqsədi nədir? - Xəbərlərin 20:00 buraxılışı