Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Təyyarə qəzasından 4 gün sonra ayılan Zaqatala sakini xəstəxanadan evə BURAXILDI
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və hadisədən 4 gün sonra ayılan Zaqatala rayonu, Danaçı kənd sakini Mahir Carayev xəstəxanadan evə buraxılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, o, Bakıda müalicə aldığı xəstəxanadan çıxıb və Zaqatalaya qayıdıb.
M.Carayev qəza ilə bağlı bildirib ki, hadisədən sonra huşunu itirdiyindən baş verənləri dəqiq xatırlamır:
"Dekabrın 25-i Qroznıya uçmaq üçün bilet almışdım. Bakıda təyyarəyə mindik, bir saata eniş etməli idik. Təyyarə eniş etməyə çalışanda qəza baş verdi. Həmin vaxt biz nə baş verdiyini dəqiq bilmədik. Xeyli vaxtdan sonra təkrar eniş etməyə çalışsaq da, alınmadı. Sonra baş verənlər yadıma gəlmir. Bir də Qazaxıstandan Azərbaycana göndəriləndə özümə gəldim. Reanimasiyada olduğum vaxtlar yadımdadır".
Zaqatala sakini deyib ki, qəzadan sonra dövlət tərəfindən yüksək qayğı ilə əhatə olunub.
Qeyd edək ki, əvvəlcə M.Carayevin öldüyü güman edilirdi.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- "Danışaq?" podkastının qonağı AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı mühüm məsələlərə toxunub
- Kreml bu dəfə kimin başını yeyəcək?
- AZAL təyyarəsinin qəzası: Bakı kompensasiya tələbini beynəlxalq gündəmə gətirə bilər
- AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası
- "Soyuq müharibə"nin qalıqları - USAID və "Rus evi"nin ifşası
Rəylər