Azərbaycan NATO-nun pozitiv reaksiyasına ümid edir.
Oxu.Az Vesti.Az-a istinadən Rusiyanın İslam Komitəsinin sədri, tanınmış Rusiya ictimai və siyasi xadimi Heydər Camal ilə müsahibəni təqdim edir:
- Ermənistan-Azərbaycan sərhəddində son günlərdə baş verən hadisələrə münasibətiniz necədir? Qarabağda yeni hərbi əməliyyatların başlama ehtimalı varmı?
- Çoxdan aydındır ki, Ukraynada, Krım ətrafında baş verən hadisələr, keçmiş postsovet məkanını odlandıracaq bir sıra qarşıdurmalar üçün təkan olacaq. Bu stabilliyin pozulması üçün güclü mexanizmdir. Burada müəyyən qüvvələrin təsiri yoxdu. “Baharlar”ın, “rəngli inqilablar”ın kimin tərəfdən konkret olaraq hazırlandığına dair bu “izahatlar” həddən artıq bezdirib.
Sosial-siyasi reallıq kimi obyektiv anlayış var. SSRİ-də yenidənqurma və aşkarlıq başlayanda münaqişələr də başlandı.
Öncə qazaxların Kolbinin 1986-cı ildə Qazaxıstanın birinci katibi vəzifəsinə təyin edilməsinə qarşı çıxışıları oldu. Sonra Daşkəndə Krım tatarlarına, qırğız və özbəklərə qarşı Oşada, sonra isə Qarabağda qanlı qarşıdurmalar və s. İndi isə Qarabağda yeni müharibə başlayır. O, Ukraynanın cənubi-şərqində baş verən hadisələr üzərində qurulub. Biz hər iki tərəfdən uzun müddət ritorikanı dinlədik. Amma bununla yanaşı tərəflər bir-birinə yaxınlaşmaqdan çəkinirdilər. Bu gün isə yalnız kalaşnikovların deyil, eləcə də ağır texnikanın işə düşdüyünü görürük. Rusiyanın Ukraynanın cənubi-şərqində başı qarışdığı vəziyyət Qarabağ müharibəsinin yenidən vüsət almasına, Azərbaycan və Ermənistan arasında real konfrontasiyaya səbəb oldu.
- Dağlıq Qarabağda yeni müharibə regiona necə təsir edəcək?
- Bu, bir sıra sarsıntılar doğuracaq. Çox güclü sarsıntılar olacaq. Məsələn, Orta Asiyada, burada Tacikistan və Özbəkistan arasında, Qırğızıstan və Özbəkistan arasında münaqişə yetişib. Kiçik bir təkan, və hər şey yerlə yeksan olacaq.
Nəzərə alın ki, bütün bunlar NATO-nun Əfqanıstandan çıxma fonunda baş verir. Yeri gəlmişkən bu, Azərbaycandan keçəcək. Bu, NATO-nun bu və ya digər şəkildə postsovet məkanına cəlb olunacağını bildirir.
- Moskva yeni Qarabağ müharibəsində özünü necə aparacaq?
- O, hər zaman erməniyönümlü olub. Amma hal-hazırda əsas məsələ onun Ermənistan tərəfdən nə dərəcədə çıxış edə biləcəyidir. Moskvanın Ukraynanın şərqində problemə yanaşması ilə əlaqədar böyük problemləri var. Qərbin sanksiyaları fonunda Rusiya manevrlərinin imkan dairəsi daralır, Bakı müharibəyə hazırlaşır.
- Ermənistanın Avrasiya İttifaqının tərkib hissəsi olduğu üçün ənənəvi olaraq Moskvanın olduğu kimi, eləcə də Tehranın partnyoru hesab edilir, Azərbaycan NATO-nun pozitiv reaksiyasına ümid edəcək.
İran da öz problemləri ilə məşğuldur və çətin ki, Ermənistanı dəstəkləmək üçün kəskin addımlar ata.