"Bələdiyyə seçkisində qeydə alınan namizədlərin 31 faizi qadınlardır".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, namizədlərin 82 faizi ali təhsillidir:
"Onların 41 faizi 21-45 yaş arasındadır. Ümumilikdə isə seçkidə 16 min 92 namizəd mübarizə aparacaq".
Mərahim Nəsib