Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məzahir Pənahov qeydə alınan deputatlığa namizədlərin sayını açıqladı
Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 16 namizəd qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, ümumilikdə 1611 namizəd müraciət edib.
M.Pənahov bildirib ki, namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən irəli sürülüb.
“13 nəfəri təşəbbüs qrupları, 1305 nəfər fərdi qaydada namizədliyini irəli sürüb. Müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub”, - deyə M.Pənahov əlavə edib.
MSK sədri qeyd edib ki, müraciət edən namizədlərdən 1012 nəfəri imza vərəqələrini artıq götürüb:
“124 nəfəri qaytarıb və onlardan 16 nəfər qeydə alınıb. 56 nəfər isə seçkilərdə iştirakını könüllü dayandırıb”.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.
"MSK" teqi üzrə xəbərlər
- Bələdiyyə seçkisinin yekunları 2025-ci il fevralın 23-dək elan ediləcək
- Bələdiyyə seçkisində müşahidə aparmaq üzrə xüsusi icazələrin alınması üçün son tarix açıqlandı
- Azərbaycanda növbəti bələdiyyə seçkisinin vaxtı təyin edilib
- Sabah bələdiyyə seçkisinin tarixi elan ediləcək
- Gürcüstanda MSK rəhbərinə hücum olub