Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Məzahir Pənahovdan müəllim və həkimlərin namizədlərin görüşünə gəlməsinə REAKSİYA
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deputatlığa namizədlərə bərabər şərait yaradılmasının vacibliyinə toxunub.
Oxu.Az-ın məlumatına görə, M.Pənahov deyib ki, yerli hakimiyyət orqanları namizədə kömək edirsə, məsələ araşdırılmalıdır.
O, müəllimlərin, həkimlərin namizədlərin görüşünə gəlməsinə də münasibət bildirib:
“Mətbuatda yazılır ki, namizədin görüşünə müəllimlər, həkimlər gəlir. Niyə onlar görüşə gəlməməlidir? 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”.
Aqşin Kərimov
Ən çox oxunanlar