Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Hamınızı öldürəcəyəm!”: Ceyhun Bəhmənovun keçmiş arvadını hədələdiyi SƏS YAZISI
Məlum olduğu kimi paytaxtın Yasamal rayonunda ağır cinayət hadisəsi törədilib. Şuşa şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Bəhmənovun oğlu Ceyhun Bəhmənov keçmiş həyat yoldaşı Dilarə Bəhmənovaya 16 bıçaq zərbəsi vurub. Hazırda D.Bəhmənova ağır vəziyyətdə xəstəxanadadır.
Media.Az Dilarənin anası Elvira Zeynalova ilə danışıb.
Nizami Bəhmənov
“Ceyhun Bəhmənov gənc yaşlarından qızımı dəlicəsinə sevib. 1998-ci ildə az qala qızımı öldürəcəkdi, 1 fevralda yenidən bunu etməyə çalışdı. Bu hadisə günorta Hüseyn Cavid parkının yaxınlığında baş verib. Cinayətin cəzasız qalacağından çox qorxuram”, - deyə E. Zeynalova bildirib.
1998-ci il hadisələrini xatırlayan E.Zeynalova deyib: “Hər şey kiçik qızımın doğum günündə baş verdi. Bayram idi, sinif yoldaşları toplaşmışdı, Ceyhun arvadını qısqanırdı. Onlar eyni sinifdə oxuyublar. Təsəvvür edin, Ceyhun onu çölə çağırdı və qısqanclığı üzündən 11 bıçaq zərbəsi vurdu. Dilarə möcüzə nəticəsində sağ qaldı, Ceyhuna iki il şərti cəza verildi. Yadımdadır, atası Nizami Bəhmənov bütün əlaqələrindən istifadə etdi, Azərbaycanın baş psixiatrı, mərhum Ağabəy Sultanovdan Ceyhunun cinayəti şüursuz halda törətdiyi barədə arayış aldı. Atası sağ olanda Ceyhun heç olmasa bir qədər ondan çəkinirdi, indi heç kimdən və heç nədən qorxmur, sadəcə dini fanatdır”.
Onun sözlərinə görə, Dilarə Ceyhunla qorxu və təzyiq altında evlənib. “Təsəvvür edin, o az qala öldürəcəyi adama evlənmək təklif edib. Ceyhun Dilarəni onunla evlənməkdən imtina etsə valideynlərini və bacılarını öldürəcəyi ilə hədələyib. Dilarə bizə qulaq asmadı və hadisədən bir il sonra evləndi. Ceyhun ona çarşab geyindirdi, məişət zorakılığı və daimi qadağalar ailə üçün norma oldu. Ancaq qızım heç nə demədi, hər şeyi bizdən gizlətdi ”, - deyə ana kədərlə bildirib.
E.Zeynalova Dilarə və Ceyhunun üç övladı olduğunu deyib. Böyük oğlunun 19, qızının 15, ən kiçik oğlunun isə yeddi yaşı var: “Təsəvvür edirsiniz, o, 16 yaşlı oğlunu evdən qovub. Çünki oğlu atasının yolu ilə getmədi, dini yoldan imtina etdi, təhsil almaq, həyatda nəyəsə nail olmaq istədi. Amma Ceyhun onu döyüb xəstəxanalıq etdi. Bir dəfə əsəbə görə bağırsaq burulması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onun un məmulatı yediyi qənaətinə gəliblər. Qızım kiməsə şikayət etməkdən qorxub. Nəvəm əvvəlcə qohuma sığındı, indi xaricdə təhsil alır. İndi isə anasının başına gələnlərə görə Bakıya gəlib. Qız nəvəm Ceyhun icazə vermədiyi üçün 13 yaşına qədər məktəbə getməyib. Biz ona müəllim tutmağa məcbur idik. Qızım Ceyhunla evli olduğu 17 il ərzində cəhənnəm yaşayıb. Evləndikdən dərhal sonra Dilarəni, üç yaşından isə qızını çarşab geyinməyə məcbur edib. Daim onları lağa qoyub, döyüb, hər şeyi qadağan edib. Belə həyat olar?!”, - deyə E. Zeynalova bildirib.
Onun sözlərinə görə, Dilarə və Ceyhun ötən payızda boşanıblar: “Düz il yarım əvvəl qızım bizə qonaq gəlib ağladı və daha belə yaşaya bilməyəcəyini dedi. Keçən payızda boşandılar. Buna cavab olaraq Ceyhun bütün ailəmizi, o cümlədən uşaqlarını öldürməklə hədələdi. Dilarə çox qorxurdu. Ceyhunun Dilarəni həmişə təhdid etməsi ilə bağlı əlimdə səs yazısı var”.
Ceyhunun qohumları bizlə əlaqə saxlamır, heç biz də onlarla əlaqə qurmaq istəmirik. Ceyhunun atası ölüb, anası Zemfira Haşımova ginekoloqdu. Elə olub ki, o qızıma zəng vuraraq oğlunun onları rahat buraxmayacağını əsas gətirərək qaçmaqlarını istəyib. Biz cinayətin cəzasız qalacağından qorxuruq. Axı, Ceyhunun çox varlı ailəsi var, çoxlu nüfuzlu tanışları var, Şuşanın hazırki İcra Hakimiyyətinin rəhbəri Bayram Səfərov hələ də onun ailəsinə dəstək olur”, - deyə qadın yekunlaşdırıb.
Qeyd edək ki, saxlanılan şəxs C.Bəhmənova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) və 126.2-ci( xüsusi amansızlıqla sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə cinayət işi başlanıb.
"Bakı" teqi üzrə xəbərlər
- Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi
- Qatı duman səbəbindən ehtiyat aeroporta göndərilən təyyarələr Bakıya eniş ediblər
- "Pik saat" anlayışı yox oldu: "Bakıda uçan taksi olsa, göydə də tıxac yaranar"
- Avtobus sürücülərinin dayanacaqda yaratdığı VƏZİYYƏT
- Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış - Maşını gözüyumulu sürdü
Rəylər