Prezident İlham Əliyev Milix İlxananoviç Yevdayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.az-ın məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Yevdayev Bakı Dağ Yəhudiləri İcmasının sədridir.