Mayın 10-da Milli Məclisdə ümummilli lider Heydər Əliyevin doğum gününün 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
Bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli parlamentin komitə sədrləri, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər Milli Məclisin foyesində Heydər Əliyevin abidəsi önünə əkil qoyub, tər çiçəklər düzüblər.
Tədbir iştirakçıları görkəmli siyasi xadimin xatirəsini anıblar.