Milli Məclisin yaz sessiyasında 14 plenar iclas keçirilib, 65 qanuna dəyişiklik layihəsi qəbul edilib.
Oxu.Az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin yaz sessiyasının son iclasında məlumat verib.
Sədr parlamentin keçirdiyi ictimai dinləmələr, iclaslar barədə məlumat verib.
Qeyd olunub ki, ümumilikdə, 443 xarici qonaq Milli Məclisdə olub.
Sədr əlavə edib ki, o, bu dövr ərzində üç ölkənin prezidenti, 16 parlament sədri, yeddi xarici ölkə səfiri ilə görüşüb.
Bundan başqa, qeyd olunub ki, parlament beş beynəlxalq tədbirə ev sahibliyi edib.
Həmçinin vurğulanıb ki, MM İslam Əməkdaşlıq Təşkilatının parlament sessiyasına sədrlik edəcək.
Yekunda yaz sessiyası bağlı elan edilib və Dövlət Himni səsləndirilib.
Mərahim Nəsib