Pakistanın Sind əyalətinin Heydərabad şəhərində havanın temperaturu Selsi şkalası üzrə 52 dərəcəyə yüksəlib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu göstərici mövsüm üçün anomal sayılır.
Onlarla insan anomal hava şəraiti ilə əlaqədar xəstəxanaya müraciət edib. Sakinlər istidən xilas olmaq üçün su hövzələrinə, kanallara axışıblar. Elektrik enerjisinin kəsilməsi isə vəziyyəti daha da çətinləşdirib.