Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Milli Məclisin növbədənkənar sessiyası çağırıldı
Yaz sessiyası başa çatdıqdan sonra Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.
"Report"un məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.
Spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib.
Sədr qeyd edib ki, növbədənkənar sessiya iyun ayında keçiriləcək.
Ən çox oxunanlar