ATƏT-in Minsk Qrupunun həmsədrləri regionda son hadisələrlə bağlı tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Minsk Qrupunun aprelin 23-də yaydığı bəyanatda deyilir.
Həmsədrlər bu həssas dövrdə tərəflərin atəşkəsə hörmətlə yanaşmasının mühüm əhəmiyyətini vurğulayıb:
“Tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməyə çağırırıq”.