ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və İqor Popov (Rusiya) işğal olunmuş Dağlıq Qarabağa gediblər.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə öz “Twitter” səhifəsində amerikalı həmsədr C.Uorlik yazıb.
Vasitəçilər Dağlıq Qarabağ separatçılarının lideri ilə görüş keçirəcəklər.
Xatırladaq ki, həmsədrlər dekabrın 15-də Bakıda, dekabrın 16-da İrəvanda iki ölkənin rəhbərləri ilə görüşlər keçiriblər.