“Hilton” otelində AFFA tərəfindən təşkil olunan Azərbaycan yığmalarının 2013-cü il üçün ən yaxşı futbolçularının mükafatlandırılması mərasimi keçirilib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, əvvəlcə AFFA və “Bakcell” şirkəti arasında yaxın 5 il ərzində əməkdaşlıq barədə razılaşma imzalanıb.
Daha sonra qonaqlara 2014-cü il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının vurduğu qollar nümayiş olunub.
Ardınca Azərbaycan yığmalarının ən yaxşı futbolçularının adları açıqlanmağa başlayıb:
Ən yaxşı qadın futbolçu - Nigar Cəlilli (U-19 qadın yığması)
Ən yaxşı futzalçı - Vitali Borisov
Çimərlik futbolu üzrə ən yaxşı futbolçu - Emin Kürdov
Ən yaxşı qapıçı - Kamran Ağayev
Ən yaxşı futbolçu - Rəşad Sadıxov
Eləcə də, 2013-cü ildə Azərbaycan yığmasında ən çox oyun keçirən Rasim Ramaldanov qeyd olunub.
Bütün qaliblərə xatirə mükafatlarından əlavə, telefon və “qızıl” nömrələr hədiyyə olunub.