ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ABŞ-a səfər edəcəklər, orada münaqişəni müzakirə etməyi planlayırlar.
Oxu.Az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter hesabında yazıb.
“Həmsədrlər ATƏT-in daimi Şurası qarşısında çıxış ediblər. Bundan sonra Dağlıq Qarabağın BMT-də, Nyu-Yorkda və Vaşinqtonda müzakirəsi gözlənilir”, - diplomat yazıb.