Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mirzoyan: “Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında birbaşa əlaqə mövcuddur” - VİDEO
“Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında birbaşa əlaqə mövcuddur”.
Ermənistan mediasının məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
A.Mirzoyan qeyd edib ki, birbaşa əlaqə təkcə Azərbaycan və Ermənistan liderlərinin administrasiyaları arasında deyil.
“Bu əlaqə iki ölkənin Xarici İşlər nazirlikləri və sahədə işləyən bir sıra qurumlar arasında da mövcuddur. Sülh müqaviləsi ilə bağlı təkliflərin mübadiləsi və ya bu mövzuda məzmunlu müzakirələr Xarici İşlər nazirlikləri arasında aparılır”, - deyə erməni nazir bildirib.
Onun sözlərinə görə, eyni zamanda, digər kanallar vasitəsilə qeyri-rəsmi müzakirələr aparılır.
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- İki maddəlik Ermənistan: Müharibədə məğlub olan Paşinyan sülhü də uduzub
- Normallaşma prosesini əngəlləyən üçlük: Dekotinyi, Okampo və katolikos
- Mirzoyan: "Ermənistan və Azərbaycan məhsullarının qarşılıqlı tranzitini təşkil edə bilərik"
- Azərbaycan və Ermənistan müqavilə mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəliblər
- Xaosun bir addımlığında: Ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq