Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mirzoyan Rusiya hərbçilərinin Ermənistan-İran sərhədini tərk etməsinə münasibət bildirib
"Ermənistanın İranla sərhədi hər zaman sakit və açıq olub. Orada heç vaxt problem yaşanmayıb və bu sərhədlər sakit qalmaqda davam edəcək".
Oxu.Az xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında News.ru əməkdaşının Rusiya ilə İran arasında imzalan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin Ermənistanla İran arasındakı sərhədin təhlükəsizliyinə nə qədər təsir edəcəyinə dair suala cavab verərkən söyləyib.
Ermənistanın XİN başçısı Rusiya ilə Ermənistan arasındakı münasibətlərə və İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün taleyinə də aydınlıq gətirib.
"Bizim Rusiya ilə geniş ikitərəfli münasibətlərimiz və müqavilələrimiz var. Biz müttəfiqik. Digər tərəfdən, İranla ikitərəfli qonşuluq siyasətimiz mövcuddur. Bu gün, həmçinin Rusiyanın İranla ikitərəfli münasibətləri var. Mən düşünürəm ki, bizim ölkələrimiz bu müttəfiqlikdən öz xeyirlərini götürəcəklər", - deyə Ararat Mirzoyan qeyd edib.
Ermənistanın XİN başçısı Rusiya hərbçilərinin Ermənistan-İran sərhədini tərk etməsinə dair məsələyə də aydınlıq gətirib.
"Xatırlatmaq istəyirəm ki, müstəqilliyimizin ilk illərindən bizim xahişimizlə rusiyalı sərhədçilər müvəqqəti olaraq İranla sərhədin təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuşdular. Vaxtın tamamında biz qarşı tərəfə minnətdarlığımızı çatdırdıq və sərhədin təhlükəsiliyinin təminatını öz üzərimizə götürdük. Bu məsələdə böyük siyasi qalmaqal üçün əsas yoxdur", - deyə Ararat Mirzoyan qeyd edib.
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- "Onların taktikası heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Mirzoyana CAVAB VERDİ
- Mirzoyan: "Bakı və İrəvan sülh müqaviləsinin imzalanma yeri və tarixini hələ razılaşdırmayıblar"
- Əraqçı: "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edirik"
- Ermənistan və İran XİN başçıları İrəvanda görüşüblər