“Bu mənim Azərbaycana ilk missiyamdır. Əsas məqsəd əməkdaşlıq və vətəndaş cəmiyyəti, Azərbaycan hüquq mühafizəçiləri ilə dialoqdur”.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin hüquq-mühafizəçilərinə dair məsələlər üzrə xüsusi məruzəçisi Mişel Forst Azərbaycana səfərinin yekununa dair mətbuat konfransında bildirib.
“Biz Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq yaratmışıq”, - M.Forst bəyan edib.
O qeyd edib ki, səfər zamanı Azərbaycan XİN-də, Prezident Administrasiyasında, Ali Məhkəmədə, Baş Prokurorluqda, Omudsman, eləcə də hüquq-mühafizəçiləri, vətəndaş cəmiyyəti və diplomatik korpusların nümayəndələri ilə görüşlər keçirilib.
Xatırladaq ki, M.Forst Azərbaycana xüsusi dəvət ilə gəlib.
Səfərin yekunlarına dair məruzəsini M.Forst BMT-nin İnsan Haqları üzrə Şurasına gələn ilin mart ayında təqdim edəcək.