TASS İnformasiya Agentliyinin baş direktorunun sabiq birinci müavini Mixail Qusman Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, o, bu gün Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində görüntülənib.
Qeyd edək ki, Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən bu il iyulun 24-də azad edilib. Bu barədə müvafiq qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.
Xatırladaq ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın müddət ərzində TASS-ın strukturlarında işləyib.