Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Monteneqro prezidenti: "COP29-da iqlim dəyişikliyini azaltmaq üçün davamlı həllər axtarırıq"
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həlledici bir zamanda baş verir. COP29-da dünyanın hər yerindən olan liderlər və ekspertlərlə birgə iqlim dəyişikliyini azaltmaq və onlara uyğunlaşmaq, həmçinin karbon neytrallığı məqsədlərinə nail olmaq üçün davamlı həllər axtarırıq".
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən COP29 Sammitində iştirak edən Monteneqro Prezidenti Yakov Milatoviç "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Monteneqro prezidenti COP29 kimi mühüm sammitdə iştirakından məmnunluğunu ifadə edib: "Mən davamlı inkişafa və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyimizi vurğulayıram. Xüsusən indi Monteneqro və bütün dünya getdikcə daha aydın nəticələrlə üzləşir - ekstremal hava hadisələrindən tutmuş resurslara, ekosistemlərə və yerli icmalara artan təzyiqlərə qədər. İqlim dəyişikliyinin mənfi nəticələri bütün dünyadakı icmalara getdikcə daha çox təsir edir və Monteneqro da istisna deyil".
Yakov Milatoviç COP29 çərçivəsində müxtəlif dövlətlərin liderləri ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədilə görüşlər keçirdiyini, müzakirələrdə qarşıdakı dövrdə istifadə edilməli iqtisadi potensiala diqqət yetirildiyini bildirib. Deyib ki, ikitərəfli görüşlərdə dövlətlərarası münasibətləri gücləndirmək, eyni zamanda, iqtisadi əməkdaşlığa və investisiyalara xüsusi diqqət yetirməklə çoxsaylı sahələrdə əməkdaşlığı yaxşılaşdırmaq üçün ətraflı fikir mübadiləsi aparılıb.
Na poziv predsjednika Azerbejdžana Ilhama Alijeva učestvujem na samitu Ujedinjenih nacija o klimatskim promjenama #COP29 koji se održava u Bakuu.
— Jakov Milatovic 🇲🇪🇪🇺 (@JakovMilatovic) November 12, 2024
Zajedno sa liderima i stručnjacima iz cijelog svijeta tražimo održiva rješenja za ublažavanje i prilagođavanje na klimatske… pic.twitter.com/QfEboScmMo
"COP29" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Azərbaycanda tarixi qərarlar qəbul olunub"
- Bakı Təşəbbüs Qrupu Roma Papasına məktub ünvanlayıb
- Andrey Boiç: "COP29-da əldə edilmiş razılaşmalar iqlim dəyişikliyi ilə mübarizədə mühüm iz qoyacaq"
- BMT: İtki və Zərər Fondunun tam fəaliyyəti üçün COP29-da qəbul edilmiş qərar çoxdan gözlənilirdi
- Normallaşma prosesini əngəlləyən üçlük: Dekotinyi, Okampo və katolikos