Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR
Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkisi ilə əlaqədar növbəti iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkisi ilə əlaqədar MSK-ya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.
İclasda 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabədi, 86 saylı Ağcabədi, 56 saylı Şabran-Xaçmaz, 67 saylı Sabirabad seçki dairələrində səsvermə günü həmin dairələrin məntəqələrində qanun pozuntularına yol verilməsi ilə bağlı daxil olan iddialara baxılıb.
Müraciətlər Seçki Məcəlləsinin müvafiq maddələrinə əsasən, araşdırılması üçün həmin dairələrin seçki komissiyalarına göndərilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, seçkinin nəticələri ilə bağlı komissiyaya 16 şikayət daxil olub.
Xatırladaq ki, seçkidə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
Mərahim Nəsib
"Bələdiyyə seçkisi" teqi üzrə xəbərlər
- MSK bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı MSK-ya 43 şikayət daxil olub"
- Türkiyədə MARAQLI HADİSƏ: 20 il sürücü kimi çalışdığı qurumun sədri seçildi
- MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb