Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Telman Kəlbiyev küçəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar fevralın 3-dən işlər yekunlaşanadək T.Kəlbiyev və Zəngəzur küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilir ki, məhdudiyyətlə əlaqədar 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Avtobuslar N.Mustafayev, G.Ramazanov, F.Qurbanlı və Xanqızı küçələri ilə keçməklə Araz küçəsinədək hərəkət edəcək.
"Avtobus marşrutu" teqi üzrə xəbərlər
- Suraxanıda marşrut çatışmazlığı: "Hər gün taksidən istifadə etmək mümkünsüzdür"
- Gəncədən Şuşaya ilk avtobus yola düşüb
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Sərnişindən ŞİKAYƏT: "Avtobusa uşaq arabası ilə minməyə icazə yoxdur"
- Skoçlanmış avtobus AYNA-nı da bezdiribmiş: Xətti müsabiqəyə çıxarırlar
Ən çox oxunanlar