Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
MSK-da MDB baş katibinin nümayəndə heyəti ilə görüş keçirilib
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezidenti seçkisini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Secki-2024.az saytı xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan sədr, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. Səmimi qəbula görə minnətdarlığını bildirən MDB baş katibi Prezident seçkisi ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib.
Sədr M.Pənahov prezident seçkisinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
"MSK" teqi üzrə xəbərlər
- Məzahir Pənahov: "Bələdiyyə seçkisini müşahidə etmək istəyən 1 095 müşahidəçi qeydə alınıb"
- Bələdiyyə seçkisində namizədliyi qeydə alınan şəxs dünyasını dəyişib
- 10 siyasi partiyanın bələdiyyə seçkisindəki səlahiyyətli nümayəndələri qeydə alınıblar
- Məzahir Pənahov: "Bəzi namizədlər problem yaratmaq üçün seçkiyə qoşulurlar"
- MSK seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib